Azərbaycanda turistlər üçün kataloq hazırlanır - FOTO

Azərbaycanda turistlər üçün kataloq hazırlanır - FOTO

"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi 03  noyabr 2016-cı il tarixdə Qərb Universitetinin "Brain Feed” tələbə kafesində ""Azərbaycan" ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması" layihəsi çərçivəsində hazırladığı "Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimini keçirdi. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, turizm şirkətlərinin və qeyri hökumət təşkilatlarının əməkdaşları, jurnalistlər və fotoqraflar iştirak etdi.

"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova sözü gedən layihənin məqsədi, donoru haqqında məlumat verdi, katoloqun ərsəyə gəlməsi prosesindən söz açdı və Azərbaycanın bütün bölgələrinin foto və məlumatlarını özündə əks etdirən "Azərbaycan” turistlər üçün məlumat kataloqunu tədbir iştirakçılarına verdi. 

 Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsaba Ələsgərova bu kimi layihələrin turizmin inkişafında əhəmiyyətli olacağını qeyd etdi.

 "Azərbaycan Fotoqraflar Birliyi”nin İdarə Heyətinin üzvü Fərqanə Qasımlı turizm sahəsində fotoqrafiyanın önəmindən bəhs etdi və bundan sonra da turizm sahəsində çalışan şirkət və təşkilatlarla əməkdaşlıq edəcəyini bildirdi. 

Tədbirdə "Azərbaycan” turistlər üçün məlumat kataloqunun hazırlanmasında fəal iştirak edən Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəhbəri Gülnarə Sadıqovaya sertifikat və fəxri fərman təqdim olundu. Gülnarə xanım Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqətə görə, Birliyə öz təşəkkürünü bildirdi.

Tədbirin digər iştirakçısı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vasif Əşrəfov təmsil etdiyi Nazirliyin bu cür layihələrə hər zaman dəstək olduğunu bildirdi. 

Üç saat davam edən tədbirdə turizm sahəsində çalışan qeyri-hökumət təşkilatları və turizm şirkətlərinin əməkdaşları fəal iştirak etdi və bu görüş onların gələcəkdə  birgə əməkdaşlıq etmələri üçün bir körpü oldu.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
 
 
 
 
 
 

Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR