Deputat Ceyhun Məmmədov ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib.
Aktual.az xəbər verir ki, deputat Milli Məclisin payız sessiyasının ilk iclasında təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər təhsil islahatlarının sürətləndirilməsini, qanunvericilik bazasının gücləndirilməsini zəruri edir.
"Bu baxımdan düşünürəm ki, "Təhsil haqqında" qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunların hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə təklif edirəm ki, ayrıca Təhsil Məcəlləsi hazırlansın”, – Ceyhun Məmmədov deyib.
Xəbər 46 dəfə oxunub.