Quba-Xınalıq yolunda sürüşmə olub.
Aktual.az Apa-ya istinadən məlumat verir ki, sürüşmə yolun "Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.
Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Xəbər 38 dəfə oxunub.