Azərbaycanda qadın uşağı ilə birlikdə özünü ölümə atdı – REAL VİDEO

Azərbaycanda qadın uşağı ilə birlikdə özünü ölümə atdı   – REAL VİDEO

Avtobusdan düşən kimi ön tərəfdən tələsik yolu keçməyə çalışmaq hər an faciəyə səbəb ola bilərdi

Dəfələrlə deyilsə də, yazılsa da, bəzən insanlar bilərəkdən özlərini təhlükəyə atırlar. Avtobusun qarşısından qəflətən yola çıxmaq uçurumun başında dayanıb aşağı baxmadan hərəkəti davam etdirmək kimi bir şeydir. Hələ, bu hərəkəti edən adam bir anadır və yanında övladı da varsa vəziyyət daha acınacaqlıdır…

Avtosfer.az xəbər verir ki, videoda əks olunan bu olay dünən axşam saatlarında Sumqayıt şəhərində – «Səməd» marketin yanında baş verib. Azyaşlı qızı ilə yolu keçməyə çalışan ana çox təhlükəli vəziyyətə səbəb olur. Sürücü avtobusun qarşısından qəfil yola çıxan ana və qızını vurmamaq üçün maşını güclə saxlayır. Kadrlardan hiss olunur ki, azyaşlı bərk qorxub, lakin qadın özünü elə aparır ki, sanki belə də olmalıdır.

Hiss olunur ki, sürücü də bərk qorxub və həyəcanlı şəkildə maşını kənara çəkib dayanır. Həmin görüntüləri təqdim edirik:

// Aktual.az

Xəbər 4846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR