Azərbaycanda neftin hasilatı artmağa başlayıb

Azərbaycanda neftin hasilatı artmağa başlayıb

Azərbaycan Prezidentinin iradlarından sonra”.

Cari ilin doqquz ayı ərzində respublikada 30 milyon 441,6 min ton proqnoza qarşı 31 milyon 409,5 min ton, yəni, 967,9 min ton çox neft hasil edilib, hasil olunan neftin 6 milyon 214,6 min tonu SOCAR-ın (6,6 min proqnozdan çox), 23 milyon 533,7 min tonu AÇG-nin (871 min ton proqnozdan çox), 1 milyon 661,2 min tonu isə “Şahdəniz”in (90,2 min ton proqnozdan çox) payına düşüb.

Aktual.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Energetika naziri Natiq Əliyev Respublika qəzetinə müsahibəsində bildirib.

“Xam neft 25 milyon 596,8 min ton proqnoza qarşı 26 milyon 473,9 min ton həcmində ixrac olunub ki, bu da proqnozdan 887,1 min ton çoxdur. SOCAR üzrə xam neftin emalı 4 milyon 807,5 min ton proqnoza qarşı 4 milyon 855,1 min ton, proqnozdan 47,3 min ton çox olub.
Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir və boru kəməri vasitəsilə hazırda əsasən AÇG neftindən və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunur.

Hesabat dövrü ərzində respublikadan 26,4 milyon ton neft ixrac edilib ki, bunun da 25,1 milyon tonu Konsorsiumun, 1,3 milyon tonu SOCAR-ın payına düşür” - deyə, nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda gündə 120 min ton neft və 89 milyon kub metr qaz hasil edilir:

“Doqquz ay ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri AÇG və Şahdəniz yataqlarından çıxarılıb. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kub metr qaz hasil edilir.

Şahdəniz yatağından hasil olunmuş 7 milyard 189 milyon kubmetr qazdan -2 milyard 315,4 milyon kub.m SOCAR-a, - 4 milyard 239,9 milyon kub.m Türkiyəyə, -519,7 milyon kub.m Gürcüstana nəql edilib. Cari ilin doqquz ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9 milyard 728,8 milyon kub.m proqnoza qarşı, 10 milyard 402,8 milyon kub.m (yəni 674 milyon proqnozdan çox) qaz resursu yaradılıb”.

“Hasilatda azalma prosesinin dayandırılması və yenidən artımın əldə edilməsi, ilk növbədə neft və qaz hasilatı sahəsində ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərə Prezident İlham Əliyevin haqlı tənqidi iradları və nümayiş etdirdiyi qətiyyətli mövqe ilə bilavasitə bağlı olub”-deyə, nazir müsahibəsində bildirib.

Bundan başqa, nazir onu da vurğulayıb ki, “Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz Qaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə ölkədə 20 000–dən çox insan tikinti işlərinə cəlb olunub ki, onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, nazir neftin ucuzlaşmasını iqtisadi deyil, siyasi proseslər ilə bağlı olduğunu da vurğulayıb.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR