Azərbaycanda məşhur bankın filialı bağlandı

Azərbaycanda məşhur bankın filialı bağlandı

Azərbaycanda tanınmış banklarından biri olan Bank Respublikanın filialı bağlanıb.

Aktual.az femida.az-a istinadən xəbər verir ki, bankın Göyçay filialı fəaliyyətini dayandırıb.

Bununla bağlı müştərilərə xəbərdarlıq mesajı göndərilib. Mesajda qeyd olunur ki, 01.02.2016- cı il tarixdən etibarən bank filialı fəaliyyətini dayandırır.

Məsələ ilə bağlı Bank Respublikanın müştəri xidmətlərindən verilən məlumata görə, Göyçay rayon sakinləri hər hansı bir problem yarandıqda Yevlax rayonunda yerləşən filialın xidmətindən istifadə edə bilərlər. Onlar Göyçay filialının bağlanmasını bankın daxili qaydaları ilə izah ediblər.

“Qafqazinfo” qeyd edir ki, Bank Respublikanın sahiblərindən biri Mərkəzi Bankın sədri Elman Rüstəmovdur. Sözügedən bankın səhmdarları arasında isə Almaniyanın nəhəng maliyyə təşkilatlarının adı var.

Aktual.az

Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR