Azərbaycanda keçid banklar yaradılacaq

Azərbaycanda keçid banklar yaradılacaq

"Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq.

Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.

Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR