Azərbaycanda kasko sığortası ilə bağlı vəziyyət açıqlandı

Azərbaycanda kasko sığortası ilə bağlı vəziyyət açıqlandı

ASA məlumat yaydı.

Kasko sığortasında yığımlar 17%, ödənişlər isə 11% azalıb. 

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Aktual.az-abildirilib. 

“2015-ci ilin 9 ayında sığorta ödənişlərinin məbləği kasko sığortasında 10,5% azalaraq 18,4 milyon manata düşüb”- deyə, ASA-dan qeyd edilib. 

Bundan əlavə, ASA-dan qeyd edilib ki, adıçəkilən sığorta növü üzrə yığımlar isə 17% azalıb.

ASA-dan bildirilib ki, sığorta bazarının 62%-i könüllü formalaşıb:

2015-ci ilin yanvar-sentyabr aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 211,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 3,5% çoxdur. 

İcbarı sığorta növlərində yığım isə 128 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 16,3% böyüyüb.

9 ayda ümumi ödənişin 74,5%-i və ya 94,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,5% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 32,5 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% çoxdur. 

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,9 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə bu rəqəm 42,1 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,7 manatdan 25,4 manata düşüb”.

Aktual.az

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR