Azərbaycanda işə gedərkən vurulan qadınların kimliyi açıqlandı

Azərbaycanda işə gedərkən vurulan qadınların kimliyi açıqlandı

Şəmkirdə naməlum avtomobilin vurub öldürdüyü qadınların şəxsiyyəti müəyyənləşib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 395-ci kilometrliyində markası, nömrəsi və sürücüsü məlum olmayan avtomobilin vurub öldürdüyü qadınların 1976-cı il təvəllüdlü Haqverdiyeva Təranə Ağalar qızı və 1981-ci il təvəllüdlü Alıyeva Sevinc Şahbaz qızı olması müəyyənləşib. 
Bildirilir ki, qadınlar Muxtariyyə kəndindəki istixanada işləməyə gedirmişlər.
Onları vurub öldürən sürücü və avtomobili axtarılır.

Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR