Azərbaycanda blogger cərimələndi

Azərbaycanda blogger cərimələndi

Özünü blogger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.
Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR