"Azərbaycanda 5-7 bankın birləşməsi prosesi gedir” - Elman Rüstəmov


Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

E. Rüstəmov bildirib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.

Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”, - deyə El. Rüstəmov qeyd edib.

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR