Azərbaycanda 40 min hektar ərazidə yeni bağ salınacaq

Azərbaycanda 40 min hektar ərazidə yeni bağ salınacaq


Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağı salınması nəzərdə tutulub. 

Aktual.az  xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu il 10 240 hektar sahədə yeni fındıq bağları salınıb.

2016-cı ildə Zaqatala, Balakən və Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib. Ümumilikdə ölkə üzrə 12 rayonda – Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı və Yevlax rayonlarında bağların salınması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək. 

Aktual.az 
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR