Azərbaycana gələn şəxsdə metadon aşkarlandı

Azərbaycana gələn şəxsdə metadon aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əşyaları gömrük nəzarətindən keçirilən zaman üzərində “Merazole Omeprazole 20” yazısı olan 1 ədəd şüşə dərman qabı gömrükçülərin diqqətini cəlb edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı həmin dərman qabının içərisindən üzərində yazılandan fərqli olaraq gömrük nəzarətinə düzgün bəyan olunmayan 8 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb. Qeyd edək ki, 8 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR