Bu ilin əvvəlindən ölkədə müvəqqəti dayandırılan yumurta ixracı aprelin 10-dan etibarən yenidən bərpa olunub.
Aktual.az xəbər verir ki, bu barədə Pravda.az-a "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli məlumat verib.
Onun sözlərinə görə, hazırda anbarlarda kifayət qədər yumurta ehtiyatı mövcuddur və istehsal prosesi də sabit şəkildə davam edir.
M. Həsənli bildirib ki, yumurta ixracı əsasən Yaxın Şərq ölkələrinə yönəlib: "10 aprel tarixindən etibarən yumurta ixracını yenidən başlamışıq. Hazırda əsasən Birləşmiş Ərəb Əmirlikləri, İraq və Səudiyyə Ərəbistanına ixrac həyata keçirilir. Bəzən Əfqanıstana da məhsul göndəririk. İstehsal həcmi artdıqca ABŞ və digər ölkələrə də ixrac etməyi planlaşdırırıq”.
Xəbər 32 dəfə oxunub.