Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 4-də görüşəcəklər

Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 4-də görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Qeyd edək ki, E.Məmmədyarovla Zohrab Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib. 
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR