Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanbildirib.

Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovda iştirak edəcək.


***


Azərbaycan XİN də görüşlə bağlı məlumay yayıb.


Nazirlikdən bildirilib ki, aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş keçiriləcək.

Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR