Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda görüşəcəklər

"Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir”.


"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

"Gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçiriləcəyinə ümidvarıq. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimadı artırma tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Baş katibi Tomas Qreminger Moskvadakı brifinqdə Dağlıq Qarabağ münaqişəsinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milan görüşündə müzakirə olunması nəzərdə tutulduğunu bildirmişdi.

 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR