Azərbaycan sərhədini pozan İran vətəndaşları yaxalandı

Azərbaycan sərhədini pozan İran vətəndaşları yaxalandı

Noyabrın 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib

Aktual.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.

 
İran vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram "Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan "Metadon” həbi aşkar olunub.
 
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Aktual.az
Xəbər 158 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR