Azərbaycan şahmatçıları Avropa Kubokunda çıxış edəcək

Azərbaycan şahmatçıları Avropa Kubokunda çıxış edəcək

Martın 27-də onlayn şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, yarışa həm də mərhum şahmatçı Vüqar Həşimovun adını daşıyan "Vüqar Həşimov" klubu da qatılacaq.

Komandanın heyətində Avropa çempionu Rauf Məmmədov və Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıxov iştirak edəcək. Yaxın günlərdə heyətə daha bir şahmatçının cəlb olunacağı gözlənilir.

Kapitan FİDE məşqçisi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku martın 31-də başa çatacaq.
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR