Azərbaycan Rusiyadan 6 hərbi helikopter alıb

Azərbaycan Rusiyadan 6 hərbi helikopter alıb

Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində “Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb.

AzVision.az “kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya helikopterləri” holdinqinin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, İndoneziya, Banqladeş, Peru, İraq, Şri Lanka və Kuba holdinqdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb.

Ümumulikdə şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu rəqəm ötən ilki göstərici ilə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holdinq gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR