Azərbaycan-Rusiya sərhədində böyük tıxac yarandı

Azərbaycan-Rusiya sərhədində böyük tıxac yarandı
  • DÜNYA

Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb”, - deyə məlumatda bildirilir.
Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.
Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.
 
Aktual.az
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR