Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edildi - FƏRMAN

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi"nə "Azərbaycan Respublikasının daxili işlər naziri;" sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;" sözləri əlavə edilsin".
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR