Azərbaycan manatının real effektiv məzənnəsi artmağa davam edir

Azərbaycan manatının real effektiv məzənnəsi artmağa davam edir

 Azərbaycan manatının real effektiv məzənnəsi bu il oktyabrın 1-nə 100,3 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,1 faiz bəndi çoxdur. Əvvəlki ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 8,8 faiz bəndi artıb.
Real effektiv məzənnənin artmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə ucuzlaşmasıdır. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci ilin yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87bənd) olub.
Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR