Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar.

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. 
Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirmiş, şəraiti ilə yaxından tanış olmuşdurlar.
Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcəkdir.
Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür.
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR