Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb – FOTO

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb – FOTO

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun görüşü və həmsədrlərin iştirakı ilə davam etdirilən danışıqların yekunları ilə bağlı birgə bəyanat yayacağı gözlənilir.

****


Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

"Report"un Rusiya bürosunun məlumatına görə, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur.







Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR