Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına icazə verilməyəcək

Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına icazə verilməyəcək

Sentyabrın 29-da Beynəlxalq Dəmiryolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (OTİF) 12-ci Baş Assambleyası keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, İsveçrənin Bern şəhərində keçirilən iclasda Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da iştirak edib. C.Qurbanov “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar haqqında məlumat verib. Azərbaycan Respublikası 14 aprel 2015-ci ildə KOTİF-in konvensiyasina qoşulub və bu qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub.

C.Qurbanov Azərbaycan Respublikası ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşımalarına heç bir halda icazə verilməyəcəyini xususilə vurğulayıb.

Cəmiyyət sədri, həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. C.Qurbanov dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.\trend

Aktual.az

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR