Azərbaycan əhalisi 1 milyard manatdan çox kredit ödədi

Azərbaycan əhalisi 1 milyard manatdan çox kredit ödədi

DSK məlumat yaydı.

2015-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 milyard manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK)  bildirilib. 

Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,% artıb.

Bu dövrdə gəlirlərin 72,1%-i (30 milyard 65,7 milyon manat) son istehlak xərclərinə, 9,1%-i (4 milyard 286,1 milyon manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i (1 milyard 209,3 milyon manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i (7 milyard 488,9 milyon manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6% çox vəsait qalıb.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR