Azərbaycan BMT-yə hesabat verəcək

Azərbaycan BMT-yə hesabat verəcək

Azərbaycan digər ölkələrlə yanaşı, növbəti dəfə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın həyata keçirilməsi ilə bağlı BMT-də hesabat verəcək.


Aktual.az Report-a istinadən xəbər verir ki, BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyası noyabın 9-da başlayacaq və dekabrın 9-dək davam edəcək. Bu müddətdə həmçinin Avstriya, Danimarka, İordaniya, Çin və Lixtenşteynin də hesabatlarına baxılacaq.
Azərbaycanın hesabatına 11-12 noyabr tarixlərində baxılması planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Konvensiyaya qoşulmuş 158 iştirakçı-dövlətdən biridir və müntəzəm olaraq Komitə qarşısında hesabat verməlidir. Komitəyə isə 10 müstəqil ekspert daxildir.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" 1984-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilib. İndiyədək 156 dövlət onu ratifikasiya edib. Hər dörd ildən bir bütün iştirakçı-dövlətlər onun həyata keçirilməsi üçün qəbul olunmuş qanuni və inzibati tədbirlər barədə hesabat verir.

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR