Azərbaycan bizi təmin etmək iqtidarında deyil – Gürcü nazir

Azərbaycan bizi təmin etmək iqtidarında deyil   – Gürcü nazir

Gürcüstanın vitse-spikeri və energetika naziri Kaxa Kaladze hələ ki, Gürcüstanın hansı həcmdə və hansı qiymətə əlavə təbii qaza ehtiyacı olduğu barədə sualı cavablandıra bilməyib.

Bu barədə Aktual.az Gürcü KİV-nə istinadən xəbər verir.

Kaxa Kaladze “Qazprom”la əlaqədar yarana biləcək təhlükəni xəstə eyforiya adlandırıb və izah edib ki, Azərbaycanın Gürcüstanı təmin edəcək qədər resursu yoxdur, ona görə də bu ölkə Rusiyadan əlavə həcmdə qaz almalıdır.

“Biz son günlər siyasətçilər və siyasi partiyaların “Qazprom”la əlaqədar görüşümüzlə bağlı bağlı qaldırılan qeyri-sağlam eyforiyanı maksimum dərəcədə kənara qoymağa çalışdıq. Niyə əlavə həcmlər yoxdur? Bu sualı Azərbaycana vermək lazımdır. Onda mən sizdən soruşuram əgər onların əlavə qazı varsa, onda Azərbaycan niyə daxili tələbatı ödəmək üçün “Qazprom”la saziş imzalayır? Mən qiymətin hansı səviyyədə ola biləcəyini bilmirəm. Əgər bu qiymət məqbul olsa, onda biz yəqin ki, bu layihəni reallaşdıracağıq”, - deyə Kaladze bəyan edib.
Kaladzenin sözlərinə görə, bu gün “Qazprom”la qüvvədə olan saziş 2003-cü ildə imzalanıb və həmin vaxtdan etibarən bu müddətin artırılması və müxtəlif texniki məsələlərin nizamlanması üçün 21 əlavə imzalanıb. Nazirin sözlərinə görə, bu şirkətlə artıq əlaqələr yaradılıb və tərəflər arasında saziş imzalanıb.

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR