Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb

Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb

2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub.

Ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub.  Aktual.az Trend-ə istinadən  məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR