Azərbaycan avtomobil idxalını 50%-dən çox azaltdı

Azərbaycan avtomobil idxalını 50%-dən çox azaltdı

Dövlət Gömrük Komitəsi məlumat yaydı.

2015-ci ilin 9 ayında Azərbaycana 22 915 ədəd avtomobil idxal edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə,  ötən ilin eyni dövrü ilə müqayisədə 25 min 69 ədəd və ya 52,2% azdı.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) cari ilin 9 ayı üzrə açıqladığı statistik məlumatda deyilib. 

Hesabata görə, ölkəyə gətirilən avtomobillərin 733 ədədi 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 386 əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1584 yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 212 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Qeyd edək ki, ötən 9 ay ərzində Azərbaycana 47 min 984 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Aktual.az

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR