Azərbaycan Avropa İttifaqı arasında ticarət dövriyyəsi azalıb

Azərbaycan Avropa İttifaqı arasında ticarət dövriyyəsi  azalıb

Aərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 mlrd. 908,3 mln. dollar və ya 35,6% azalaraq cari ilin yanvar-noyabr ayları ərzində 8 mlrd. 892,5 mln. dollar təşkil edib.


Aktual.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 42,7% azalaraq 6 mlrd. 336,8 mln. dollar, idxal 6,75% azalaraq 2 mlrd. 555,7 mln. dollar olub.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində Azərbaycan 162 ölkə ilə 18 mlrd. 815,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bu da illik müqayisədə 34,73% azalma deməkdir. Ticarət əməliyyatlarının 8 mlrd. 196,2 mln. dollarını idxal, 10 mlrd. 619,2 mln. dollarını ixrac əməliyyatları təşkil edib.
Beləliklə, hesabata əsasən ölkə üzrə cəmi ixracın 59,67%-i, idxalın isə 31,18%-i Avropa İttifaqı ölkələrinin payına

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR