Xərclərin ixtisarı ətrafında yaranan fikir ayrılıqları fonunda Avropa İttifaqının (Aİ) çoxillik büdcə müzakirələrini pozmaqla hədələyən Fransa Prezidenti Emmanuel Makron "Müsyö Şantaj" adlandırılıb.
Aktual.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Avropa diplomatlarından biri Fransanın dövlət başçısını qitənin ümumi maraqlarını ölkədəki növbəti prezident seçkilərinə qurban verməkdə ittiham edib.
"Bura gəlib daxili seçki səbəbindən müzakirələri "girov saxlamaq" sadəcə hiddət doğurur", - deyə Aİ nümayəndəsi bildirib.
Emmanuel Makron isə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta tərəfindən irəli sürülən büdcə kəsintilərini kəskin tənqid edərək, bu addımı Avropa üçün "strateji xəta" kimi qiymətləndirib. Onun fikrincə, müzakirələrin gələn ilə qədər təxirə salınması seçkiyə çox yaxın vaxta təsadüf edəcəyi üçün "demokratik baxımdan mümkünsüz" olacaq. (oxu.az)
Xəbər 32 dəfə oxunub.