Qərb mediasında Rusiyanın kosmosda nüvə başlıqları yerləşdirmək planları ilə bağlı yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bu cür materiallar Almaniyanın kosmosda silah yerləşdirmək hərəkətlərini haqlı çıxarmaq üçün istifadə olunur.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Rusiyanın kosmosdakı fəaliyyəti ilə bağlı absurd fərziyyələrin reallıqla heç bir əlaqəsi yoxdur və bu, Almaniyanın öz silahlarını kosmosda yerləşdirmək üçün atdığı dağıdıcı addımlara, eləcə də bu məqsədlər üçün milyardlarla dollarlıq maliyyələşdirməyə haqq qazandırmaq məqsədi daşıyır”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Almaniyanın bir sıra media orqanları Rusiyanın nüvə başlığı daşıyan peyki orbitə çıxaracağını iddia etmişdilər.
Xəbər 41 dəfə oxunub.