Azərbaycan 9 medal qazandı

Azərbaycan 9 medal qazandı
  • İDMAN

Ümumilikdə ölkəmiz 21 mükafata layiq görülüb.

Azərbaycanın güləş üzrə yığması Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qızıl Qran-pri"nin final mərhələsində 21 medal qazanıb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, yarışların son günündə yunan-roma üslubu üzrə idmançılar mübarizə aparıb. Azərbaycan nümayəndələri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Qızıl medallar Şalva Qadabadze (98 kq) və Sabah Şariatinin (130 kq) aktivindədir. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) gümüş medal mükafatçısı olublar. Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıblar.

Daha öncə Azərbaycanın sərbəst güləş üzrə idmançıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmışdılar. Qadınların yarışında Azərbaycanın hesabında 1 gümüş medal var.

Komandamızın ümumilikdə - 5 qızıl, 8 gümü. və 8 bürünc medalı var.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR