Azərbaycan 500 milyon dollarlıq borcu bu şərtlər ilə alıb

Azərbaycan 500 milyon dollarlıq borcu bu şərtlər ilə alıb

Azərbaycana 500 milyon dollar məbləğində ayrılan kreditin şərtləri məlum olub. 

Aktual.az  "Report”a istinadən xəbər verir ki, kredit 5 il müddətində verilib.

LİBOR+2% dərəcəsi ilə ayrılan kreditin ilk 3 ili güzəşt müddətidir ki, bu dövr ərzində Azərbaycan hökuməti yalnız borc üzrə hesablanmış faizləri geri qaytaracaq. Növbəti iki ildə isə Azərbaycan hökuməti əsas borcu da geri qaytarmağı öhdəsinə götürüb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası dekabrın 7-də Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 milyon dollarlıq kreditin ayrılması ilə bağlı qərar qəbul edib.

Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 milyard dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq. Bu kredit ümumilikdə 3,7 milyon insanın, yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək. 

Həmçinin, AİB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 milyon dollar ayırıb.

Xatırladaq ki, kreditin ayrılması ilə bağlı saziş dekabrın 8-də AİB-nin Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov və Azərbaycanın maliyyə naziri Samir Şərifov tərəfindən imzalanıb.
 

Aktual.az 

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR