Azərbaycan 4 milyard borc alacaq - Komitə sədri

Azərbaycan 4 milyard borc alacaq   - Komitə sədri

Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kredit cəlb edilməsi ilə bağlı danışıqlar aparır.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökümətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.

Maliyyə naziri Samir Şərifov isə ötən gün verdiyi açıqlamada Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bildirib.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR