Azər Badamov: “Özüm də bilmirəm, necə olacaq”

Azər Badamov: “Özüm də bilmirəm, necə olacaq”

“Yeni Azərbaycan Partiyası yenidən mənim namizəd olmağımı istəyərsə, adımı namizədlər siyahısına salarsa, o halda yenidən seçkilərdə namizəd kimi iştirak edəcəm. Yox əgər partiya məsləhət bilməsə, seçkilərə qatılmayacam”.

Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Onun sözlərinə görə, seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı YAP-ın qərarından asılı olacaq:

“Bilirsiniz ki, hakim partiya hələki namizədlər siyahısını açıqlamayıb. Bu baxımdan bizim üçün də mənzərə dəqiq deyil. Özüm də bilmirəm, necə olacaq. Bir daha deyirəm ki, YAP mənim namizədliyimi irəli sürməsə, seçkilərə qatılmayacam”.

Adnan/ Aktual.az

Xəbər 3239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR