Azarkeşlərdən yumurtalı etiraz

Azarkeşlərdən yumurtalı etiraz
  • İDMAN

"Roma"nın son vaxtlar göstərdiyi zəif çıxış klubun azarkeşlərini də özündən çıxarıb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, son həftələrdə A seriyasında istədiyi kimi çıxış edə bilməyən "Roma"nın İtaliya Kubokunun 1/8 final mərhələsi oyununda "Spesiya"ya məğlub olması azarkeşlərin səbrini daşırıb.

Bir müddət əvvəl "Canavarlar"ın məşqinə yerkökü ilə gələn azarkeşlər bu dəfə də etirazlarını yumurta ilə bildiriblər. Romada yerləşən restoranların birində kollektiv şəkildə Yeni il yeməyi yeyən futbolçular əvvəlcə fanatlar tərəfindən fitə basılıblar. Daha sonra isə bir qrup komandanın avtobusunu yumurta atəşinə tutub.

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR