Avtoservislər ətrafa təhlükə yaradır – VİDEO

Avtoservislər ətrafa təhlükə yaradır – VİDEO

Avtomobilləri təmir etdirmək məqsədi ilə yolun hərəkət hissəsində iki sıra saxlanılıb. Bu şəxs isə yolda saxlanan avtomobillərin təkərlərinin havasını tənzimləyir. O, bu hərəkəti ilə həm özünü, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır. Son dövrlər paytaxt yollarında bu kimi mənzərələr adi hal alıb. Yola olduqca yaxın tikilən avtomobil təmir mərkəzləri, sözün əsl mənasında, təhlükə saçır. Bu vəziyyətdən isə yol hərəkətinin bütün iştirakçıları təhlükə altına düşür.

Aktual.az  xəbərə verir ki, Xəzər TV-nin "Niyə avtomobili yolun hərəkət hissəsində təmir edirsiniz?” sualına müxtəlif cavablar aldıq.

Vəkil Xəyal Bəşirov deyir ki, burada konkret olaraq qanunvericiliyin tələbləri pozulur. Qanunvericiliyə əsasən, yol hərəkəti iştirakçılarına maneə törətmək olmaz. Bu qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə oluna bilərlər. Əgər həmin şəxslər üzündən hər hansı bir qəza baş verərsə və həmin qəzada insan sağlamlığına zərər dəyərsə, bu zaman həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR