"Avtoş" ağır qəza törədib BAKIDA


Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un məlumatına görə, yol qəzası Nobel prospektində qeydə alınıb. 

Prospektlə şəhərin mərkəzinə doğru yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və yol kənarındakı dəmirlərə çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb. Avtomobildəki sərnişin hadisə şahidlərinin köməyilə xəstəxanaya çatdırılıb. Sürücü Pərvin Babayev isə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücünün xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər sürücünü avtomobildən çıxardaraq, təcili tibbi yardım briqadasına təhvil veriblər. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 

Qeyd edək ki, şahidlərin verdiyi məlumata görə, qəzanı törədən sürücü hadisədən əvvəl Nobel prospektində avtoxuliqanlıq hərəkətləri edirmiş.

Aktual.az

Xəbər 786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR