Avstriyalı sahibkarlar Bakıya gələcək

Avstriyalı sahibkarlar Bakıya gələcək

Oktyabrın 19-da Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya İşgüzar Görüşü keçiriləcək.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.

AZPROMO-dan bildirilib ki, işgüzar görüşə tikinti, əczaçılıq, turzim, logistika, tibbi avadanlıqların istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 Avstriya şirkətinin qatılacağı gözlənilir.

Qeyd edək ki, tədbir saat 10:00-dan etibarən “Park İnn” otelində təşkil ediləcək.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR