Yaxın həftələrdə Cənubi Avropa yayın ən güclü istilik dalğası ilə üzləşə bilər, temperatur tarixi maksimuma yaxınlaşacaq.
Aktual.az xəbər verir ki, bu barədə Polşanın "TwojaPogoda" nəşri məlumat yayıb.
"Ən təhlükəli dövr ənənəvi olaraq iyulun son ongünlüyünə və avqustun ilk ongünlüyünə təsadüf edir, bu vaxtda uzunmüddətli və olduqca güclü temperatur anomaliyalarının başvermə ehtimalı ən yüksək həddə çatır. Ekstremal istilərin ilk əlamətləri artıq Avropanın cənubunda müşahidə olunur. Aralıq dənizi ölkələrində dincələn turistlər anomal dərəcədə yüksək temperaturlara uyğunlaşmaq məcburiyyətində qalırlar. İstinin episentri son günlərdə İspaniyadan İtaliyanın cənubuna doğru yerdəyişmə edib.
Kölgədə hava temperaturunun 47 dərəcəyə çatdığı İtaliyanın Sardiniya adası hazırda Avropanın ən isti yeri olub. Eyni zamanda, yaxın günlərdə İtaliyada, Balkanlarda və Yunanıstanda temperaturun bir qədər aşağı düşəcəyi gözlənilir. Lakin bu enmə nisbi xarakter daşıyacaq: gündüz göstəriciləri yenə də 30–35 dərəcə səviyyəsində qalacaq, gecə temperaturu isə 25 dərəcədən aşağı düşməyəcək",- məlumatda deyilib.
Xəbər 173 dəfə oxunub.