Avropa Komissiyasının sədri: Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır

Avropa Komissiyasının sədri: Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır
  • DÜNYA

"Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır. Sual doğuran məsələ ondan ibarətdir ki, Türkiyə ilə danışıqları dayandırmalıyıq, ya yox. Bu, tamamilə nəzəri məsələdir. İstənilən halda, indi danışıqlar yoxdur".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu gün Brüsseldə səfirlik konfransında danışarkən Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı məsələni şərh edən zaman deyib.
"Həmişə dostluq əlaqələri saxladığım və indi də yaxşı münasibətlərimizin olduğu prezident Rəcəb Tayyib Ərdoğanın bütün məsuliyyəti Avropa İttifaqının üzərinə yıxmaq məqsədi ilə məhz Avropanın danışıqları dayandırmaq istədiyini bəyan etmək istəməsindən şübhələnirəm", - Jan-Klod Yunker vurğulayıb.
Onun fikrincə, Aİ Türkiyəyə məhz Ərdoğan sisteminin ölkənin bu birliyə qoşulmasının qarşısını aldığını aydın şəkildə başa salmalıdır.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR