Avropa İnstitutu Azərbaycanla bağlı Avropa Parlamentinə etiraz etdi

Avropa İnstitutu Azərbaycanla bağlı Avropa Parlamentinə etiraz etdi

Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, bu barədə Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldtun Avropa Parlamentinin Prezidenti Martin Şultsa ünvanladığı etiraz məktubunda bildirilir.

Məktubda bildirilir ki, Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutu imkanları çərçivəsində Almaniya və Xəzər hövzəsi ölkələri arasında beynəlxalq münasibətlərin inkişafına töhfələrini verməyə çalışır: "Biz Azərbaycandakı vəziyyət haqqında tam məlumatlıyıq və deyə bilərik ki, hazırda rüşvətxorluğa (misal üçün ASAN mərkəzlərini göstərmək olar), eləcə də yoxsulluğa qarşı aparılan mübarizədə və ya qadın haqları ilə bağlı məsələlərdə müsbət inkişaf özünü göstərməkdədir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ölkədə insan haqları sahəsində heç bir inkişafın müşahidə edilmədiyini bildirən qətnamə qəbul etməsinə (2015/2840) təəssüfümüzü bildiririk".

Bundan başqa qeyd olunur ki, Azərbaycanda son illərdə başlamış islahatlar prosesi təkcə müxtəlif dinlərin nümayəndələrinin (müsəlman, xristian və yəhudilər) birlikdə sülh şəraitində yaşamasına deyil, eləcə də tələbələrin Qərb universitetləri və şirkətləri ilə mübadilə aparmasına və həmçinin bazar iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb: "Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır. Buna görə də Avropa Parlamentinə haqlı olaraq 2008 –ci ildə nə səbəbə Ermənistana qarşı eyni qətnamənin qəbul olunmamasına dair sual verməlidir. O zaman prezident seçkilərində erməni silahlı qüvvələri tərəfindən on müxalifətçi öldürülmüş və Amnesty İnternational təşkilatının məlumatına görə (Mənbə: www.amnesty.de/jahresbericht/2008/armenien/) səksəndən çox siyasi məhbus, eləcə də bir çox tənqidçi jurnalistlər həbs olunub".

Məktubda həmçinin vurğulanır ki, Azərbaycandakı vəziyyəti dəyərləndirərkən Avropa Parlamentinin millət vəkilləri nəzərə almalı idilər ki, bu ölkə regional vəziyyəti və tarixi inkişafındakı çətinliklərə baxmayaraq öz gücü hesabına siyasi və iqtisadi baxımdan sabit ölkə olaraq qərbyönümlü inkişaf edib: "Qonşu ölkələrə nəzər salanda bu cür müsbət inkişaf müşahidə edilmir. Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər də həmçinin narahatedicidir. Fikrimizcə, bu cür tədbirlərin görülməsi Azərbaycan və Aİ arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq. Xüsusilə bunu çoxlu böhranların nümunəsində görmək olur. Məsələn, Avropa İttifaqı hazırda Ukraynada və Suriyada olan böhranlarla məşğul olduğu bir vaxtda və islamın təsirinin artdığını nəzərə alsaq bizim qənaətimizə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin korlanması Cənubi Qafqazdakı ümumi vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər. Sizdən xahiş edirik ki, bu cür qətnamənin mənfi təsirini düzgün hesablayasınız və Azərbaycan ilə dialoqu pozmayasınız, əksinə davam etdirəsiniz".\trend

Aktual.az

Xəbər 940 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR