Avropa Bankı Azərbaycana daha 17 mln. avro ayırdı

Avropa Bankı Azərbaycana daha 17 mln. avro ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin avqust ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 17 mln. avro və yaxud 0,54% artaraq 2018-ci il sentyabrın 1-nə 3,18 mlrd. avro təşkil edib


Özəl sektorun mövqeyi dəyişməyərək 25% olaraq qalıb. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da dəyişməyərək 168 olub.

Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 26 mln. avro və yaxud 1,11% artaraq 2,378 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 18 mln. avro və yaxud 1,84% artaraq 997 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə dəyişməyib və iyulda olduğu kimi 1,433mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verməyib. Belə ki, bu layihələrin sayı da 50 olaraq qalıb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 49,76%-i yaxud 713 mln. avroluq hissəsi enerji, 42,15%-i yaxud 604 mln. avroluq hissəsi infrastruktur, 4,95%-i yaxud 71 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,14%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb. /”Report”

 
Aktual.az
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR