Aşura günü qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI

Aşura günü qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI

Aşura günü paytaxt və bölgələrdəqanvermə aksiyasının keçiriləcəyiünvanlar açıqlanıb.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bakı şəhərində8 rayon üzrə 15 yer ayrılıb.

- Binəqədi rayonu "İmam Əli məscidi”,

- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "MirMövsüm ağa Ziyarətgahı”,

- Nəsimi rayonu "Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,

- Nizami rayonu "Şah Abbas məscidi”,"Sahibəzzaman” məscidi,

- Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı məscidi, "İmam Rza” məscidi

- Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı” və "İçəri şəhər Cümə məscidi”,

- Suraxanı rayonu "Qaracuxur məscidi”,

- Yasamal rayonu "Təzə pir məscidi”, "Hacı Soltanəli”, "Hacı Cavad” məscidi.

Regionlara gəlincə aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

- Gəncə şəhəri "İmamzadə kompleksi”,

- Lənkəran şəhəri Böyük bazar "Cümə” məscidi,

- Mingəçevir şəhəri "Heydər məscidi”,

- Sumqayıt şəhər "Cümə” məscidi,

- Şəki şəhəri "İmam Əli” məscidi,

- Mərkəzi Qan bankının Şırvan bölməsi,

- Ağcabədi Rayon Mərkəzi xəstəxanası,

- Beyləqan Rayon Mərkəzi xəstəxanası,

- Bərdə rayonu "Bərdə İmamzadəsi”,

- Biləsuvar rayonu "Cümə məscidi” (mərasim evi),

- Cəlilabad Rayon Mərkəzi xəstəxanası,

- Göyçayda "Əbülfəzlil Abbas” məscidi,

- Xaçmaz şəhər məscidi,

- Salyan Hacı Tağı məscidi

- Ağsu rayon mərkəzi xəstəxanası,

- Qan bankının Quba bölgəsi,

- Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayısentyabrın 1-dəbaşlayıb. Aşura günüsentyabrın 10-natəsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.Sentyabrın 29-daMəhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isəoktyabrın 29-dabaşa çatır.

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR