Arzu Nağıyev: "Burada təəccüblü bir şey yoxdur"

Arzu Nağıyev:

“Avropa Parlamentinin düşünülməmiş addımından və qəbul etdiyi qərəzli qətnaməsindən sonra artıq müxtəlif dövlətlər də həmin qətnaməyə qarşı öz reaksiyalarını verirlər. Məlumdur ki, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında müqaviləsi var. Bu ölkələrin parlamentləri, xüsusilə də Mühafizəkarlar fraksiyası Azərbaycan haqqında çıxarılan qərəzli qərarlardan narazılıqlarını bildirdilər. Artıq avropalıların bir qisminin ölkəmizə yönəlik düşüncə tərzi dəyişməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, qərəzli qətnaməyə qarşı çıxan bəyanatlarda Azərbaycanın Avropa ölkələri ilə iqtisadi tərəfdaşlıq layihələrin olması da göstərilə bilər: "Lakin burada daha bir önəmli faktor mövcuddur. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarındakı iradlar da öz müstəsna rolunu oynadı. Düşünürəm ki, hələ Avroparlament seçiləndə bir sıra məqamlar artıq məlum idi. Bunlardan biri də orada Avropa demokratiyasının deyil, millətçilik prinsiplərinin aşılanması idi.  Söz yox ki, bunun da bir sıra səbəbləri var. Bu, iqtisadi problemlər, ümumi böhran və maliyyə təzyiqi ilə üzləşmə kimi amillərdən ibarətdir. Hazırda parlamentdə 8 fraksiya var və demək olar ki, heç birinin fikirləri bir-biri ilə uyğun gəlmir. Məhz buna görə də AŞPA-nın nümayəndə heyətinin 21-22 sentyabr tarixlərində Azərbaycana ediləcək səfərlərində təəccüblü məqam axtarmaq lazım deyil”.

/ / Aktual.az

Xəbər 2890 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR