Arzu Nağıyev: “Bu, yaxşı sonluqla bitməyəcək"

Arzu Nağıyev: “Bu, yaxşı sonluqla bitməyəcək

“Suriyanın Rusiya qırıcıları tərəfindən bombalanması bölgədə vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq”. Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev açıqlamasında söyləyib.

O bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlarının bu şəkil alacağının çoxları gözləmirdi: “Bəzi dövlətlər fikirləşirdilər ki, Rusiya kosmik-hava qüvvələri İŞİD-in qərargahlarını və mövqelərini bombalayıb geri çəkiləcək. Lakin belə olmadı. Rusiyanın öz qarşısına qoyduğu məqsəd Bəşər Əsəd rejimini qorumaqdırsa, NATO-nun məqsədi bunun tam əksinə onu məhv etməkdir. Elə bu məqsədinə nail olmaq üçün NATO qüvvələri Azad Suriya ordusu kimi tanınan “Cəbhə Əl-Nusra”ya silah və sursatla kömək edir. Son vaxtlar artıq onların İŞİD qüvvələri ilə birgə fəaliyyəti də nəzərə çarpırdı. Lakin bu gün artıq Rusiya onların hər ikisinin mövqelərini bombalayır. Məhz buna görə də artıq 7 Qərb dövləti Rusiyanı missiyasından əl çəkməyə çağırır. Məlumdur ki, Rusiya da buna getməyəcək və əvəzində bir sıra iqtisadi və siyasi sanksiyalara məruz qalacaq. Buna görə də Suriyada nəzarəti ələ keçirməyə çalışacaq. Rusiyanın daxil olduğu koalisiya isə İran, İraq, Suriya və Hizbullah təşkilatından ibarətdir. Təbii ki, bu da İsraili, Türkiyəni, Səudiyyə Ərəbistanını və digər dövlətləri narahat edir. Bunun isə yaxşı sonluqla bitməyəcəyi artıq görünməyə başlayır. Sanki bu gün Orta Şərq bir barıt çəlləyinə çevrilib və istənilən an həddən artıq güclü partlayışa gətirib çıxara bilər. Təəssüf ki, bu proseslər regional baxımdan Azərbaycandan çox da uzaq olmayan böyük bir ərazidə gedir. Hər hansı genişmiqyaslı əməliyyatlar bizdən də yan ötməyə bilər”.

// Aktual.az

Xəbər 1832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR