Argentinada etiraz aksiyası: 17 yaralı

Argentinada etiraz aksiyası:   17 yaralı
  • DÜNYA

Argentina polisi La Plata şəhərində etiraz aksiyasının dağıdılması zamanı rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər xəsarət alıb, 4 etirazçı saxlanılıb.

Məlumata əsasən, 200-ə yaxın bələdiyyə əməkdaşı işdən qovulmalarına etiraz olaraq La Plata şəhərinin mərkəzində yürüş keçiriblər. Meriyanın binasına yaxınlaşdıqda polis nümayişçilərə rezin güllələrdən atəş açıb.

Qeyd edək ki, bundan əvvəl La Plata şəhərinin yeni meri bələdiyyə işçilərinin əmək müqavilələrinə yenidən baxacağını bəyan edib.

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR